Logo

Uşaq-Gənclər İdman-Şahmat Məktəbində pedaqoji kollektivlə görüş keçirilib

11.10.2021 16:39 988 baxış
IMG

İmişli rayonunun Uşaq-Gənclər İdman-Şahmat Məktəbində pedaqoji kollektivlə görüş keçirilib. Görüşdə İmişli Rayon Təhsil Şöbəsinin müdiri Ələmdar Quliyevdə iştirak edib. 

Görüşün məqsədi rayonda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti ilə sıx əlaqə saxlamaq, onlarla işgüzar münasibətlər qurmaq ibarət olub.

Görüşdə Ələmdar Quliyev son illər rayonun ümumi təhsil məktəblərində təhsilin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər və əldə edilən nailiyyətlərdən danışıb. O, müəllimlərə öz tapşırıq və tövsiyələrini verib, həmçinin onların suallarını cavablandırıb.

UGİŞM-nin direktoru Aqşin Mürsəlov görüşün əhəmiyyətini vurğulayıb, daha yaxşı işləyəcəklərini diqqətə çatdırıb, məktəbin qarşılaşdığı problemlər barədə danışıb. 

Görüş zamanı Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin qaliblərinə Fəxri Fərmanlar təqdim olunub.

Xəbər lenti