Logo

BDU-nun Elmi Kitabxanası “Qarabağa kitabla gedək” aksiyasına qoşuldu

11.10.2021 15:47
IMG

VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasının sonuncu günü - 10 oktyabarda Ekspo Mərkəzinin təqdimat zonasında “Qarabağa kitabla gedək” adlı kitabtoplama layihəsinin təqdimatı keçirilib.

Təqdimatda Milli Kitabxananın direktoru Kərim Tahirov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbədən söz açıb. Düşmənin tarixi abidələri, mədəniyyət obyektlərini tamamilə dağıtdığını qeyd edərək bildirib ki, işğal dövründə 975 kitabxana binası məhv edilib, onların 4,6 milyon nüsxədən artıq qiymətli kitab fondu isə talan olunaraq yandırılıb.

Tədbirdə BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova çıxış edərək Bakı Dövlət Universitetinin də aksiyaya qoşulduğunu bildirib.

Qeyd edib ki, bu günə qədər Universitetin ayrı-ayrı fakültələri 1000-ə yaxın ədəbiyyatı Milli Kitabxanaya təqdim edib. BDU-nun Elmi Kitabxanası öz zəngin fondundan aksiyaya kitablar hədiyyə edəcək. Bu kitablar Qarabağda kitabxanaların bərpa olunmasına töhfə olacaqdır".

Sonda sərgidə iştirak edənlər layihəyə öz nəşrlərini təqdim ediblər.

Xəbər lenti