Logo

Gənc jurnalist koronavirusdan vəfat etdi

11.10.2021 14:52
IMG

Azərbaycanlı gənc jurnalist Nurlan Ağa (Salamov) dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, 25 yaşlı jurnalist bir müddət əvvəl COVID-19-a yoluxub, vəziyyətinin kritik olması səbəbindən reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, o, Türkiyənin Ərzurum Atatürk Universitetində doktorantura təhsili alırdı.

Xatırladaq ki, Nurlan Ağa Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Allah rəhmət eləsin!

Xəbər lenti