Logo

Təhsil naziri: "Hazırkı dövrdə ölkəmizin təhsil sahəsində qadınlar aparıcı qüvvədir"

11.10.2021 14:23 818 baxış
IMG

"Qızların təhsili cəmiyyətimizin inkişafı və gələcək nəslin tərəqqisi baxımından həlledici rola malikdir".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, hazırkı dövrdə ölkəmizin təhsil sahəsində qadınlar aparıcı qüvvədir:

"Bəzi hallarda ictimai rəydə kişi müəllimlərin sayca azlıq təşkil etdiyi xüsusi olaraq vurğulanır. Qızların təhsildən kənarda qalmaması, ali təhsilli xanımlarımızın çoxalması, texniki və fundamental elm sahələrində qadın mütəxəssislərin hazırlanması, qız şagirdlərin olimpiadalarda iştirakı, STEAM və proqramlaşdırma tədrisinə cəlb edilməsi Təhsil Nazirliyinin əsas prioritetlərindəndir".

"Bu gün qeyd olunan Beynəlxalq Qızlar Günü münasibətilə bütün qızlarımızı təbrik edir, onlara ölkəmizin inkişafında faydalı vətəndaş olmağı arzulayıram", -deyə nazir bildirib.

Xəbər lenti