Logo

Dövlət İmtahan Mərkəzində növbəti GRE: General Test imtahanı keçirilib

11.10.2021 13:40
IMG

İmtahan 10 oktyabr 2021-ci il tarixində DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahanda 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında 10-15 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti GRE imtahanının noyabrın 7-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür: http://www.dim.gov.az/activities/exams/GRE/

Xəbər lenti