Logo

“Google” şirkətinin BMU üzrə Proqramçı Tələbələr Klubu yeni layihələr həyata keçirəcək

08.10.2021 14:17 330 baxış
IMG

Növbəti bir ildə Kluba Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nərmin Daşdıyeva rəhbərlik edəcək

“Google” şirkətinin Proqramçı Tələbələr Klubunun (Developer Student Clubs) Bakı Mühəndislik Universiteti (BMU) üzrə yeni rəhbəri seçilib. (BMU) Cari tədris ilindən kluba rəhbərliyi BMU-nun Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nərmin Daşdıyeva həyata keçirəcək.

BMU-nun Elm və innovasiya şöbəsinin tərkibində fəaliyyət göstərəcək klub sayəsində tələbələr öz təhsil mərkəzi ilə “Google” arasında əməkdaşlıq əlaqələri yarada və öz üzərilərində işləyərək inkişaf edə, həmçinin karyeralarına böyük töhfə verə biləcəklər. Klub fəaliyyət göstərdiyi müddətdə tələbələrin öz sahələrində yeni biliklər qazanmasına xidmət edəcək. Müxtəlif yerli ekspertlərlə yanaşı, xarici ekspertlər də bu prosesə cəlb olunacaq.

Qeyd edək ki, “Google” DCS Proqramçı Tələbələr Klubu tərəfindən yaradılan və tələbələr üçün təşkil olunan proqramdır. Klubda rəhbərlik bir il müddətinə təyin olunur. Bu müddət ərzində rəhbər və onun formalaşdırdığı klub yeni layihələr üstündə işləməli, innovativ tədbirlər həyata keçirməlidir. Formalaşmış komanda istər texniki, istərsə də texniki olmayan ixtisaslar üzrə təhsil alan tələbələrdən seçilir. Çünki əsas məqsəd tələbələr arasından proqramçıları seçə bilməkdir. İlin sonunda isə klublar öz innovativ həllini “Google”a təqdim etməlidir. Bundan əlavə, klub bir il ərzində mütəxəssislərlə və ya öz komandası arasında aktiv olaraq ən azı ayda bir dəfə tədbir (seminar, vebinar və s. ) keçirməlidir.

Kluba üzv olmaq və ya əlavə məlumat almaq üçün klubun rəhbəri Nərmin Daşdıyeva ilə ( 050 771 55 43) əlaqə saxlamaq mümkündür.

Xəbər lenti