Logo

Erkən öyrənmədən Nobelə

07.10.2021 13:39 668 baxış
IMG

Corc Parizo: "Çox sadə problemlər var ki, anlamaq hədsiz çətindir"

2021-ci il fizika üzrə Nobel mükafatına layiq görülmüş Corc Parizo erkən yaşdan oxuma-öyrənmənin, hesablama bacarıqlarının imkanlarını təcəssüm etdirir.

C.Parizi rəqəmləri sözlərdən əvvəl oxumağa başlayıb, dörd-beş yaşına qədər isə məntiqi düşüncə tələb edən pazllarla əlaqəli oyunları öyrənib.

O, saatlarla Lego ilə məşğul olmaqdan yorulmurdu, bir qədər böyüdükdən sonra kimya ilə maraqlanıb və çox vaxt şahmat oynayıb. Kitablardan elmi fantastikanı sevib. 13 yaşında isə inteqral hesablamanı müstəqil olaraq mənimsəyib.

Oruc Mustafayev

Xəbər lenti