Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesi arasında “Qardaşlaşma sazişi” imzalanıb

06.10.2021 17:44 692 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesi arasında “Qardaşlaşma sazişi” imzalanıb.

Sazişə əsasən Türkiyənin peşə təhsil sahəsində ilk beşlikdə yer alan Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesi ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı sahəsində səylərini birləşdirəcək. Əldə olunan ortaq qərara görə, bundan sonrakı mərhələdə peşə təhsili sahəsində yüksək ixtisaslı mühəndis-pedoqoji kadr hazırlayan və bunu, demək olar ki, eyni istiqamətdə həyata keçirən müəssisələr tələbə-müəllim mübadiləsi aparacaq, həmçinin resurslardan, xüsusilə maddi-texniki bazadan ortaq istifadə edəcək, birgə konfranslar, seminarlar keçirəcəklər.

Müəssisələr arasında bağlanmış saziş peşə təhsili üzrə təhsil alan tələbələrimizin ixtisaslı kadrlar kimi yetişməsinə böyük təkan verəcəkdir. Saziş çərçivəsində Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin həm tələbələri, həm də gənc müəllimləri Çankaya İMKB Mesleki ve Teknik Anadolu Lisesində turizm, ticarət, və digər sahələrdə qarşılıqlı təcrübə mübadiləsi imkanı qazanacaqlar.

Xəbər lenti