Logo

Peşə bayramında oğlunun şəhadət xəbərini alan müəllim... - Video

06.10.2021 08:30 606 baxış
IMG

Biləsuvarda şəhid Vətən Müharibəsi qəhrəmanı, kapitan Cavid Mahmudovun anım günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyin rəsmiləri də iştirak edib.

Şəhidin anım günündə doğulduğu Biləsuvarın Aşağı Cürəli kəndində inşa edilən bulaq xatirə kompleksinin açılışı olub.

Kənd qəbiristanlığında uyuyan qəhrəmanın məzarı ziyarət olunub.

Cavid Mahmudov müharibənin ilk günlərindən rəhbərlik etdiyi taborun önündə Füzuli istiqamətində düşmən cəbhəsini darmadağın oğullardan olub.

“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən şəhidimiz kapitan Cavid Mahmudov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunub.

Qeyd edək ki, Cavid Hilal oğlu Mahmudov 1989-cu ilin 6 fevralında Biləsuvar rayonun Aşağı Cürəli kəndində anadan olub. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq, hərbi təhsilini tamamlayıb. Ön cəhhədə - Murovdağ, Tovuz və Daşkəsəndəki “N” saylı hərbi hissələrdəki nümuvəvi xidmətinə görə müvafiq hərbi rütbələrə vaxtından əvvəl layiq görülüb.

O, nümunəvi xidmətinə görə göndərildiyi hərbi akademiyanın magistr kursunu da bitirib.

Ziyalı ailəsinə böyüyən qəhrəmanımız anası Nəsibə müəllim Vətən Müharibəsi başlayandan Cavidlə bərabər dörd şəhid şagirdini torpağa tapşırıb.

Pedaqoji fəaliyyəti vətənpərvərlik hissləri üzərində köklənən Nəsibə müəllimin şagirdlərindən baş leytenant Rəşad Mahmudovu yaxın vaxtda - Tovuz döyüşlərində itirib.

Dörd uşaq anası olan Nəsibə müəllimin digər övladları həkim, müəlim kimi peşələrə yiyələnib. Bu gün onun müəllimlik peşəsinin də bayramı idi. Bu gün də, özünün də qürurla dediyi kimi, “Cavid bu gün də misilsiz qəhrəmanlığı ilə ən böyük hədiyyədir”.

https://youtu.be/S0Rc5ebF_IY

Xəbər lenti