Logo

Müəllimlər Günü münasibətilə peşə təhsil müəssisələrində çalışan bir qrup müəllim təltif edilib

05.10.2021 14:37 668 baxış
IMG

5 oktyabr tarixi Respublikamızda “Müəllimlər Günü” kimi qeyd olunur.

Bu münasibətlə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən peşə təhsil müəssisələrində çalışan bir qrup pedaqoji təhsil işçisi peşə təhsili sahəsinə verdikləri töhfə və uğurlu fəaliyyətlərinə görə təşəkkürnamələrlə təltif ediliblər.

Hal-hazırda Respublikamızda fəaliyyət göstərən peşə təhsil müəssisələrində ümumilikdə 3 219 müəllim çalışmaqdadır. Peşə təhsil müəssisələrində çalışan müəllimlərin 63% qadın, 37% isə kişidir.

Qeyd edək ki, ilk dəfə 5 oktyabr 1966-cı il tarixində YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya “Müəllimlər Günü” kimi təsis edilib. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib.

Xəbər lenti