Logo

Videodərs resurslarının sayı artırılır

04.10.2021 11:02 336 baxış
IMG

Hazırda Video Dərslər Portalında (video.edu.az) məktəbəhazırlıq, ümumi təhsil, peşə təhsili, məktəbdənkənar fəaliyyət üzrə teledərslər, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri olmaqla, ümumilikdə 13 346 video resurs mövcuddur.

Tehsil.biz xəbər verir ki, cari tədris ili üzrə 2201  “Khan Academy”, 188 ümumi təhsil, 30 peşə təhsili və 44 ixtisasartırma video dərslərinin hazırlanaraq, portal yüklənməsi istiqamətində işlər davam etdirilir.  

Qeyd edək ki, portalın məqsədi interaktiv texnologiyalar tətbiq etməklə istənilən vaxt və məkanda təhsilin əlçatanlığını təmin etməkdir.

Xəbər lenti