Logo

Astronomlar iki qayalı ekzoplanet kəşf ediblər

04.10.2021 09:25 378 baxış
IMG

Yapon astronomlarından ibarət bir qrup tədqiqatçı ultra qısa orbital dövrlərə malik iki qayalı ekzoplanetin kəşf edildiyini bildiriblər.

“Kainat, Kosmos, Zaman” jurnalının yazdığına görə, qayalı ekzoplanetlər TESS kosmik teleskopu tərəfindən toplanan məlumatların təhlili zamanı müəyyən edilib.

Amma sonradan yerdəki rəsədxanalar tərəfindən aparılan müşahidələr zamanı da onların varlığı təsdiqlənib.

“TOI-1634b” və “TOI-1685b” olaraq təyin olunan ekzoplanetlər Günəşdən 114 və 122 işıq ili məsafədə yerləşən Perseus bürcündəki ulduz sistemlərində yerləşirlər. Qeyd edək ki, bu sistemi çox vaxt bənzər fiziki xüsusiyyətlərə malik qırmızı cırtdanlar orbiti də adlandırırlar. Verilən məlumata görə, kəşf edilən qayalı ekzoplanetin kütləsi və radiusu Günəşin təxminən 45 faizini təşkil edir.

Sia.az

Xəbər lenti