Logo

Le Figaro: “Fransada məktəblilər cinsindən asılı olmayaraq yubka geyinə bilər”

03.10.2021 13:57 784 baxış
IMG

“Fransa ibtidai sinifdən transseksual insanlara dəstək verməyə davam edir. Buna görə də Təhsil Nazirliyi hər bir şagirdin yubka ilə məktəbə gəlməsinə icazə verib”.

Tehsil.biz xarici mediaya istinadən xəbər verir ki, artıq məktəblərdə soyunub-geyinmə otaqları və tualetləri transseksuallar öz istəyi ilə seçə biləcək. bununla bağlı sənəd artıq hazırlanıb.

Lakin bu qərar Fransa ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Ümumtəhsil Məktəbi Şagirdləri Valideynləri Federasiyasının sözçüsünün dediyinə görə, ən gərgin mübahisə şagirdin öz seçimi ilə soyunma-geyinmə və tualetlərə girmək icazəsinin olması ilə bağlıdır.

“Bədən özlərinindir, nə istəsələr, geyinə bilərlər, amma öz istəklərinə görə məktəbdə qızlarla bir soyunma-geyinmə otaqlarında olması qəbuledilməzdir”, – deyə qurumun sözçüsü vurğulayıb”.

KONKRET.az

Xəbər lenti