Logo

Azərbaycan Texnologiya Universiteti I kurs tələbələrini ali təhsil ocağına dəvət edib

28.09.2021 15:17 119 baxış
IMG

Yeni tələbələrlə görüşlər sıxlıq yaranmaması üçün dekan və tyutorlar tərəfindən mərhələli şəkildə təşkil edilib. 

Tehsil.biz xəbər verir ki, ilk tanışlıq günündə birincilərə universitet həyatı, dərs qeydiyyatı, tədris prosesinin təşkili və pandemiya şəraitində distant təhsil qaydaları, həyata keçirilən layihələr, mübadilə proqramları, müvafiq ixtisaslar üzrə iş perspektivləri barədə məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Söhbət zamanı tələbələrə COVİD-19 tələblərinə uyğun olaraq tədris müddətində sosial məsafə qaydalarına əməl etmə, tənəffüslər zamanı koridorlarda, eləcə də həyətdə sıxlıq yaratmamaq, auditoriyalarda və digər qapalı məkanlarda maskadan, eləcə də dezinfeksiya edici maddələrdən mütləq şəkildə istifadə etməyin, bir-birlərilə görüşən zaman əl ilə təmasdan çəkinməyin vacibliyi diqqətə çatdırılıb.  

Daha sonra tələbələr universitet infrastrukturu, auditoriya və laboratoriyalar, kitabxana, oxu və idman zalları ilə tanış olublar.

Xəbər lenti