Logo

İstanbuldakı Mübariz İbrahimov adına məktəbin şagirdləri qazilərimizi ziyarət ediblər

28.09.2021 10:42 407 baxış
IMG

27 sentyabr – Anım Günü ilə əlaqədar İstanbul şəhərindəki Bagcilar Egitim və Arasdirma Xəstəxanasında müalicə alan Vətən müharibəsi qaziləri ziyarət edilib.

Tehsil.biz xəbər verir ki, İstanbulda fəaliyyət göstərən Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin və Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimov adına məktəbin təşəbbüsü ilə baş tutan görüş zamanı soydaşlarımız və müəllim-şagird heyəti Füzulinin işğaldan azad edilməsi uğrunda gedən döyşlər zamanı yaralanmış qazilərimizə minnətdarlıqlarını bildiriblər və şəhidlərimizi böyük ehturamla yad ediblər.

Məktəbin direktoru Məhsəti Şərif Özyürek və dərnəyin sədri Aygun Həsənoglu qazilərimizin Vətən sevgisini şagirdlərə nümunə göstəriblər. “Anım Gunundə tarixdən danışınca, sagirdləri tarix yazan igidlərlə tanış etmək istədik. Onlar bizə Zəfəri yaşadıblar. Allah qazilərimizə şəfa, şəhidlərimizə rəhmət eləsin", - deyə M.Ş.Özyürek vurğulayıb.

Xəbər lenti