Qax Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları “Diqqət, uşaqlar!” təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair şəhər 2 saylı məktəb-liseyində şagirdlərlə maarifləndirici görüş keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.
Tədbirdə şagirdlərlə “Yol hərəkəti haqqında” qanunun tələbləri, nizam-intizam qaydalarına dair təbliğat və maarifləndirici söhbətlər aparılıb.