Logo

Rusiyada növbəti məktəbə silahlı hücumun qarşısı alınıb, saxlanılan var

24.09.2021 08:26 424 baxış
IMG

Rusiyanın Krasnoyarsk diyarında məktəbə hücum hazırlayan gənc saxlanılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a bildirib.

"Krasnoyarsk diyarında məktəbə hücumun qarşısı alınıb və oxşar hadisəni törətmək niyyətində olan gənc saxlanılıb", - o deyib. İstintaq Komitəsinin sədri təfərrüatları açıqlamayıb.

O bildirib ki, son illər ərzində müxtəlif regionlarda təhsil müəssisələrinə 10-a yaxın hücum olub.

Xatırladaq ki, sentyabrın 20-də Perm Dövlət Universitetinin birinci kurs tələbəsi ali məktəbin korpuslarından birinin ərazisində həmkarlarına atəş açıb. Nəticədə 6 nəfər həlak olub, təxminən 40 nəfər xəsarət alıb. Faktla bağlı iki və daha çox şəxsin qətli ilə bağlı cinayət işi qaldırılıb.

Report

Xəbər lenti