Logo

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLAR

23.09.2021 10:07 838 baxış
IMG

Sentyabrın 22-dən Azərbaycanda yeni tədris ili başlayır. Pandemiya ilə əlaqədar olan uzun fasilədən sonra balacalar məktəbə yollanıb. Onlar arasında tanınmışların da övladları yer alıb.

Tehsil.biz Axşam.az-a istinadən bu gün övladını birinci sinfə yola salan məşhurları təqdim edir:

Aparıcı Elgiz Əkbərin qızı Lalə birinci sinfə gedənlər arasında olub. Elgiz "Məktəbə gedən bütün balaları təbrik edirəm. Allah bütün valideynlərin üzünü övladları sarıdan güldürsün. Balaca Lalə də bu gün məktəbə gedir, çox sevincliyəm" deyə, bildirib.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLARMüğənni Elvin Abdullayevin oğlu Tuncay birinci sinfə yollanıb. "Dəyərli balam, məktəbə ilk addımların mübarək. Sevinirəm ki, özüm oxuduğum məktəbə sən də gedəcəksən" deyə, Elvin bildirib.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLARAşıq Zülfiyyənin nəvəsi Renat da bu il ilk dəfə məktəbə gedir. Onun şəkillərini aşığın müğənni oğlu Babək paylaşıb.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLARMüğənni Emma Ələkbərzadənin oğlu David bu ilin birinciləri sırasında yer alıb.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLARAktyor İlkin Misgərli bu il qızı Zeynəbi birinci sinfə yola salıb. O, birlikdə fotolarını paylaşaraq "Canım Zeynəbim, ilk dərs günün mübarək. Bütün birinciləri təbrik edirəm" sözlərini yazıb.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLARAparıcı Emin Musəvinin qızı Zemfira da birinci sinfə yollanıb. "İlk dərs günü münasibətilə 1-ci sinif şagirdlərini, məktəbə gedən uşaqlarımızı ürəkdən təbrik edirəm. Qızım Zemfira evə istəyir..." deyə, Musəvi paylaşımına qeyd edib.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLARAparıcı Aytən Səfərova oğlu Raulu ilk dəfə məktəbə yola salıb. "Zehnin açıq, uğurların bol olsun, Raul balam. Məktəbə yeni qədəm qoyursan, artıq birinci sinfə gedirsən. Vətən üçün oxu, təhsil al, vətənə layiqli xidmət et" deyə, aparıcı övladının fotolarına qeyd edib.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLARMüğənni Lətifə Soyuözün oğlu Arif də birinci sinfə yollanıb. Sənətçi övladını məktəbə apararkən çəkilən fotolarını sosial şəbəkədə yayımlayıb.

Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLAR

Xəbər lenti