Logo

Tarixdə bu gün 18 NOYABR

18.11.2020 08:52 531 baxış
IMG

Əhəmiyyətli hadisələr

  • 1830 — Belçika müstəqilliyini elan etmişdir.
  • 1868 — Dmitri Mendeleyev Rus Kimya Cəmiyyətini təsis etmişdir.
  • 1870 — Fransanın Paris və Tur şəhərləri arasında ilk dəfə rəsmi olaraq göyərçin poçtu tətbiq edilmişdir.
  • 1918 — Litva müstəqilliyini elan etmişdir.
  • 1927 — Ankara Radiosu fəaliyyətə başlamışdır.
  • 1928 — "Uolt Disney"in və "Mikki Maus"un təqdimatı keçirilmişdir.
  • 1931 — Yaponiya qoşunları Mancuriyanı işğal etmişdir.
  • 1933 — İstanbul Darülfünunu yeni adla (İstanbul Universiteti) fəaliyyətə başlamışdır.
  • 1963 — Əbdül Səlim Arif İraqda hakimiyyəti ələ keçirmiş, Səddam Hüseyn həbs edilmişdir.
  • 1976 — 36 illik diktatura rejimindən sonra İspaniyada demokratik rejim bərqərar olmuşdur.
  • 1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etmişdir.
  • 1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilmişdir.
  • 1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurmuşdur.
  • 1995 — Vatikan qadınlara dini vəzifələr verilməsini qadağan edən qərarı yenidən qüvvədə saxlamışdır.
  • 1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmamışdır. Ölkədə 1 günlük matəm elan edilmişdir.
  • 1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanmışdır.
  • 1999 — ATƏT-in İstanbul zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.

Doğumlar[redaktə | əsas redaktə]

  • 1647 — Pyer Beyl, fransız mütəfəkkir, yazıçı
  • 1787 — Lui Dager, fransız, rəssam, kimyaçı, ixtiraçı
  • 1923 — Elan Shepard, ABŞ kosmonavtı
  • 1927 – Eldar Ryazanov – Rusiya və Sovet kinorejissoru.
  • 1939 — Marqaret Etvud, kanadalı yazıçı, ədəbi tənqidçi
  • 1953 — Alan Mur, illüstrator
  • 1953 — Məmməd Adilov - AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru.

Ölümlər

  • 1886 — Çester Artur, ABŞ-ın 21-ci prezidenti
  • 1922 — Marsel Prust, fransız yazıçı
  • 1952 — Pol Elüar, fransız şair
  • 1962 — Nils Bor, danimarkalı fizik
  • 2000 — Emin Sabitoğlu, Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti

Bayramlar və xüsusi günlər

  • Mərakeş Mərakeş — Müstəqillik günü.
  • Latviya Latviya — Latviya Respublikasının elan edilməsi günü.
  • ABŞ ABŞ — Mikki Maus günü.

 

Xəbər lenti