Logo

Bakının Sabunçu rayonunda yerləşən 260 saylı körpələr evi-uşaq bağçasının yeni binası istifadəyə verilib - FOTO

22.09.2021 18:50 1724 baxış
IMG

Bakının Sabunçu rayonunda yerləşən 260 saylı körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir.

Tehsil.biz xəbər verir ki, bağçanın köhnə binası 2018-ci ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. 2019-cu il avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məktəbəqədər təhsil müəssisəsinin açılış mərasimində iştirak ediblər.

Ümumi sahəsi 2000 kvadratmetrdən çox olan bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib.

Körpələr evi-uşaq bağçasının ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb.

Xəbər lenti