Logo

27 Sentyabr - Anım Günü

22.09.2021 18:46 10737 baxış
IMG

Ermənilərinxalqımıza qarşı düşmənçilik siyasəti - çar Rusiyası zamanından əzəli Azərbaycan torpağı olan Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Erməni qəsbkarları 1905-1907-ci illərdə yüz minlərlə, 1918-1920-ci illərdə on minlərlə dinc azərbaycanlını soyqırıma məruz qoymuş, yaşadıqları yerlərdən qovmuş, onlara işgəncələr vermiş, genosid siyasəti həyata keçirmişlər. Bu dövrdə xalqımıza qarşı törədilən cinayətlər xüsusi qəddarlığı ilə yadda qalmışdır.

Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Naxçıvanda, Tiflisdə, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə azərbaycanlı soyqırıma məruz qalmışdır. 1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. Hadisələrin davamı olaraq, 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdlarından qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən başlayan Ermənistan tərəfindən mütəşəkkil şəkildə yürüdülən etnik təmizləmə siyasəti, Qarabağda və onun ətrafındakı rayonların, şəhərlərin, kəndlərin dağıdılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmişdilər. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayı ilə birlikdə yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım həyata keçirmiş, şəhəri yerlə-yeksan etmişdir. 

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in Minsk Qrupu 29 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış, aparılan danışıqlar nəticəsiz qalmışdır. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlık nümayiş etdirmişdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış icra olunmamışdır. Bütün bu illər ərzində Ermənistan ərazilərimizdə təxribatlar törətmiş, təmasxəttiboyuncayaşayan dinc əhalimizə mütəmadi atəş açmışlar. 

Düşmənin mütəmadi hərbi təxribatlarını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandan İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.

2020-ci ilin sentyabr ayından başlayan əks-hücum nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44gün ərzində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmişdir. Ermənistan 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdu. 

17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Təsadüfi deyil ki, II Qarabağ müharibəsi zamanı istifadə olunan ordumuzun döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. 

’’Mən hər zaman qazilərin yanında olacğam”-deyən Prezident İlhamƏliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmiş olmuşdur. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifarişedilmişdir. Ehtiyacı olan bütün qazilərə, şəhid ailələrinə dövlət tərəfindən böyük qayğı göstərilir. 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilmişdir, 7200-ə yaxınminik avtomaşını verilmişdir. 

Prezident İlham Əliyev 27 sentyabr- Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamimzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına alı ehtiramın göstəricisidir. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdi. 44 günlükmüharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirmişdir: ’’Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Rəsmi İrəvanınrevanşist cəhdləri sadəcə intihar- Ermənistan dövlətçiliyinin sonu ola bilər.

Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın”. 

Qeyd edək ki, Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlərın imzalamsı ilə milli məsələdə ölkədə hər hansı fikir ayrılığının olmadığını göstərməklə birlik və həmrəyliyin bariz nümunəsi olmuşdur. Hərbi quruculuq işi Prezidentin dövlət siyasətinin prioritetlərindəndir və bu sahədə dinamik inkişaf gələcəkdə xalqımızın daha firavan və sülh, əmin-amanlıq şəraitində yaşayacağına inam verir. 

Xalqımız hər zaman 27 Sentyabr – Anım günü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsinidaim qəlbində yaşadacaqdır!

Təzə Şilyan kənd tam orta məktəbin təşkilatçı müavini - Səidə Səmədzadə

Xəbər lenti