Logo

Ucar rayonunda bu gün 4 420 nəfər şagird ənənəvi tədrisə başlayıb

22.09.2021 18:41 359 baxış
IMG

Respublikanın ümumi təhsil müəssisələrində, o cümlədən Ucar rayonunun ümumtəhsil məktəblərində I-IV siniflər üzrə 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlanılıb.

Tehsil.biz xəbər verir ki, rayon üzrə bu gün qeyd edilən siniflər üzrə 4 420 nəfər şagird ənənəvi tədrisə başlayıb.

2021-2022-ci tədris ilində qeyd edilən siniflərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

Qeyd edək ki,rayon üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında isə 859 nəfər şagirdin təhsilə cəlb olunacağı gözlənilir. 

Xəbər lenti