Logo

Emin Əmrullayev yeni tədris ilinin bərpası münasibətilə valideynləri, müəllimləri və şagirdləri təbrik edib

22.09.2021 10:56 547 baxış
IMG

"Uzun fasilədən sonra məktəblərin əyani qaydada tədrisə qayıtması münasibətilə valideynləri, müəllimləri və şagirdləri təbrik edirəm".

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bunu jurnalistlərə açıqlamasında deyib.

O, bu tədris ilinin çox fərqli olduğunu bildirib:

“Azərbaycan məktəblisi ilk dəfə tədirsə öz ərazi bütövlüyünü təmin etmiş vəziyyətdə başlayıb. Bu mənada tədris ilinin mahiyyəti Vətən müharibəsində əldə edilmiş zəfərə, canından keçən şəhidlərin xatirəsinə həsr olunacaq".

Nazir, həmçinin qeyd edib ki, bu təqvim ilinin sonuna kimi 88 təhsil müəssisəsinin bərpası və yenidən qurulması planlaşdırılır.

Xəbər lenti