Logo

Mehriban Vəliyeva: "Məktəbə yalnız COVID -19 pasportu ilə daxil olmaq mümkündür"

22.09.2021 09:30 485 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva paytaxt məktəblərinin həyətlərinə valideynlərin buraxılmaması məsələsinə münasibət bildirib.

Tehsil.biz xəbər verir ki, BŞTİ-nin müdiri Mehriban Vəliyeva valideynlərin bu məsələyə anlayışla yanaşmalarını tövsiyə edib:

"Valideynlər təhsilin bir parçasıdır. Onlar da bu prosesə anlayışlı yanaşmalıdır. Əgər sıxlıq və problem yaranırsa, onların məktəbdən kənarda dayanması daha yaxşıdır. Məktəbə isə yalnız COVID -19 pasportu ilə daxil olmaq mümkündür. Mənə elə gəlir ki, belə məqamlarda valideynlər övladlarının sağlamlığı üçün çalışmalıdır ki, sıxlıq prosesi tənzimlənə bilsin".

Xəbər lenti