Logo

Bərdədə iki tələbəni maşın vurub

22.09.2021 00:43 477 baxış
IMG

Bərdədə yolu keçmək istəyən iki tələbəni maşın vurub.

Tehsil.biz "Qafqazinfo"ya istinadən xəbər verir ki, Şorəli kənd sakinləri 2002-ci il təvəllüdlü Hüseynov Murad Pərviz oğlu və 2002-ci il təvəllüdlü Aslanzadə Nihat Qoşqar oğlu yolu keçmək istəyən zaman onları kiçik tutumlu "Ford" markalı yük maşını vurub.

Hər iki yaralı Bərdə rayonu Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, gənclər Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələridir.

Xəbər lenti