Logo

BDU tələbələrinin şəhid anaları ilə görüşü keçirilib

21.09.2021 17:51 368 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən "Gələcəyin tarixi" klubunun şəhid ailələri ilə növbəti onlayn görüşü keçirilib.

Tehsil.biz tədbirdə klubun rəhbəri, Tarix fakültəsinin tələbəsi Güllü Həsənzadə çıxış edərək 44 günlük Vətən Müharibəsində müzəffər Azərbaycan ordusunun misilsiz rəşadətindən, igid əsgərlərimizin qəhrəmanlıqlarından söhbət açıb, şəhidlərimizin canı və qanı bahasına müqəddəs Vətən torpaqlarımızı düşmən tapdağından azad olunduğunu bildirib.

Tədbirdə şəhid Ərəstun Xıdırovun anası Səidə xanım, şəhid Elnur Nurullayevin anası Sevinc xanım, şəhid Veys İsmayılovun anası Zeynəb xanım çıxış edərək Vətən yolunda şəhidlik zirvəsinə ucalmış övladlarının keçdikləri döyüş yolundan bəhs edib, onlarla fəxr etdiklərini bildiriblər. Şəhid anaları dövlətimizin və xalqımızın şəhid ailələrinə, Vətən Müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Qeyd edək ki, BDU-da Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış tələbə və məzunların, qəhrəman döyüşçülərin ailələri ilə müntəzəm görüşlər keçirilir.

Xəbər lenti