Logo

Moskva Dövlət Qida İstehsalı Universiteti UNEC-də təlimlərə start verib

21.09.2021 17:17 355 baxış
IMG

Moskva Dövlət Qida İstehsalı Universitetinin təşəbbüsü ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təlimlərə start verilib.

UNEC-dən Tehsil.biz-ə bildirilib ki, oktyabrın 6-dək davam edəcək təlimlər “Peşəkar problemlərin həllində VR-AR texnologiyaların tətbiqi”, “Peşəkar fəaliyyətdə texnoloji avadanlıqların 3D modelləşdirilməsindən istifadə” və “Texnosfer təhlükəsizliyinin idarə olunmasına müasir yanaşmalar” mövzularında tərtib olunmuş proqramlar üzrə ödənişsiz təşkil olunacaq.

Kurslar 2 modul üzrə aparılacaq. Sentyabrın 20-27-də “Webinar.ru” platformasında onlayn və oktyabrın 4-6-da əyani formatda praktik tapşırıqların icrası və yekun attestasiyadan, habelə sertifikatların təqdimatından ibarət olacaq.

Xəbər lenti