Logo

BŞTİ-dən 20 nömrəli məktəb-liseydə dərslərin ikinövbəli olmasına dair AÇIQLAMA

21.09.2021 12:39 1140 baxış
IMG

Məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınıraraq qərar verilir.

Bu barədə "Tehsil.biz"ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə 20 nömrəli məktəb-liseydə də tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi barədə qərar verilib.
Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli sistem zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir.

"Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.
Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər də dəstək verməlidir", -deyə idarədən bildirilib.

Xəbər lenti