Logo

"İkinövbəli dərslər zərurətdən irəli gələn seçimdir" - Bəşarət Məmmədov

21.09.2021 10:15 1225 baxış
IMG

"Bəzən məktəblərdə tədrisin növbəli təşkili ilə bağlı müxtəlif fikirlər səslənir".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib.

O qeyd edib ki, ikinövbəli dərslər zərurətdən irəli gələn seçimdir:

"Məktəb rəhbərləri və müəllimlər  də birnövbəli tədrisə üstünlük verərdi. Ancaq bir sıra məktəblərdə mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə ikinövbəli dərslər zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir".

Bəşarət Məmmədovun sözlərinə görə, xüsusən indiki pandemiya dövründə bu, ilk növbədə uşaqların və müəllimlərin sağlamlığına xidmət edir.

"Yəqin hamının əsas arzusu ənənəvi tədrisin bərpasıdır, təki normal, sağlıqlı təhsil ili olsun hamı üçün", -deyə o, bildirib.

Xəbər lenti