Logo

"Növbəti şansım olsa, yenə də Bakı Dövlət Universitetini seçərdim" - BDU tələbəsi

20.09.2021 16:43 981 baxış
IMG

"4-cü kurs tələbəsiyəm, hələ ki, ilk addım olaraq magistr oxuyacağam".

Bu sözləri "Tehsil.biz"ə müsahibəsində Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin tələbəsi İsmayılova Münəvvər deyib.

- Universitetdən gözləntiləriniz nə idi?

- Universitetdən gözləntim mümkün dərəcədə özümü inkişaf etdirmək, hadisələrə müxtəlif prizmalardan baxa bilmək və ən əsası yüksək təhsil almaq idi. Pandemiya biz tələbələri sarsıtsa da, Bakı Dövlət Universitetinin tələbəsi olaraq bunu etiraf etmək boynumun borcudur ki, rəhbərlik, müəllimlər heyəti hər zaman dəstəyini hiss etdirdi. Çox şanslıyam ki, BDU tələbəsiyəm.

- Pandemiya dövründə universitetiniz tələbələrə güzəşt etdimi?

- Pandemiya dönəmində heç bir tələbəyə fərq qoyulmadan imtahana giriş balı olaraq 50 bal verən yeganə universitet BDU oldu. İmtahana gəlincə, heç kəsr olmadı, müəllimlər son dərəcə anlayışlı və səbrli davrandılar.

- Gələcək planlarınız nədir?

- Yaxın gələcəkdən bəhs edim: 4-cü kurs tələbəsiyəm, hələ ki, ilk addım olaraq magistr oxuyacam.

- Hal-hazırda tədris aldığınız ünvan sizə gələcək planlarınızı həyata keçirməyə imkan verirmi?

- Hazırda tədris aldığım ünvan nəinki mənim üçün, hər bir tələbə üçün müxtəlif yollar,  qapılar aça və ya o şəraiti özü qarşılaya bilər.

- Bir daha abituriyent olsaydınız, təhsil aldığınız universiteti seçərdinizmi?

- BDU işinin, daşıdığı məsuliyyətin fərqində olan universitetlərdəndir. İmtahanları açıq formatda keçirilir, nəzarət çox ciddi olur, amma bütün bu çətinliklərə baxmayaraq yenə seçim etmək şansım olsa, şübhəsiz ki Bakı Dövlət Universitetini seçərdim.

- Distant təhsil sizə necə təsir etdi?

- Distant təhsil hər bir tələbəyə pozitiv və neqativ təsirlər etdi. Pozitiv təsir dedikdə təbii ki, tələbələrin gediş-gəliş zamanı yorulmamasını, təqaüd alan tələbələrin sayının artdığını, dərslərin daha rahat keçdiyini nəzərdə tutdum. Neqativ təsirə gəlincə isə hər kəsə məlumudur ki, əyani keçirilən dərslər hər zaman daha effektiv olur.

- Hansı mənfi cəhətlərlə qarşılaşdınız?

- Distant təhsilin mənfi tərəflərindən ən önəmlisi məni, tələbələri, hətta müəllimləri narahat edən, zaman-zaman çətin vəziyyətdə qoyan internet problemidir. Bu problem ikiyönlüdür: İnternetin zəifliyi və maddiyyat.

Fəqan Əzimli

Xəbər lenti