Logo

Arzum universiteti bitirdikdən sonra təhsil eksperti olmaqdır - Xəzər Universitetinin tələbəsi

20.09.2021 12:57 762 baxış
IMG

Əli Ələkbərov Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tarix müəllimliyi ixtisasının ikinci kurs tələbəsidir.

O, gələcək planları barədə fikirlərini "Tehsil.biz"lə bölüşüb:

"Gələcək planlarım odur ki, universiteti bitirdikdən sonra həm magistratura, həm də doktorantura pillələrini oxuyub təhsil eksperti olmaqdır. İxtisasım üzrə tarix müəllimi olub məktəblərdə və tədris kurslarında işləməkdir".

- Hal-hazırda tədris aldığınız müəssisə gələcək planlarınızı həyata keçirməyə imkan verirmi?

- Əlbəttə, Xəzər Universitetini bitirən hər bir şəxs yüksək vəzifələrdə işləyir və mən də onlardan biri ola bilərəm.

Əli Əkbərov bildirir ki, distant təhsil bütün tələbələrə pis təsir etdi:

"Distant təhsil təbii ki, bütün tələbələrə pis təsir etdi. Yalnız onu da deyim ki, oxumaq istəyən tələbə istər distant, istər əyani təhsildə dərslərini yaxşı oxuyacaq".

- Pandemiya dövründə universitetiniz tələbələrə güzəşt etdimi?

- Bəli, maddi cəhətdən imkanı az olan tələbələrə güzəşt edildi. 

"Tərəddüd etmədən ixtisas seçimində bir daha Xəzər Universitetini seçərdim", -deyə müsahibimiz vurğulayıb.


Fəqan Əzimli

Xəbər lenti