Logo

Valideynlər üçün övladlarının təhsilinə nəzarət asanlaşdı - VİDEO

20.09.2021 12:40 865 baxış
IMG

Yeni tədris ilindən etibarən paytaxtın 215 məktəbində elektron jurnal və gündəlikdən istifadə olunacaq.

Elektron jurnal və gündəliklər vasitəsilə valideynlər övladlarının dərsə davamiyyəti, qiymətləri və məktəbdə tədris olunan mövzular barədə məlumat ala biləcəklər.

Qeyd edək ki, müəyyən məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq. Bəzi məktəblərdə isə həm elektron, həm də ənənəvi jurnallardan paralel şəkildə istifadə olunacaq.

Tehsil.biz bu barədə ATV-nin hazırladığı süjeti təqdim edir:

https://youtu.be/_qLpEV0hPSU

Xəbər lenti