Logo

Rusiya universitetində atışma, tələbələr özlərini yerə atdılar

20.09.2021 11:36 422 baxış
IMG

Bu gün səhər saatlarında Rusiyada Perm Universitetində atışma olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı universitetin Mətbuat xidməti yayıb.

İlkin məlumatlara görə, travmatik silahdan açılan atəş nəticəsində 4 nəfər yaralanıb. Həmçinin qeyd olunur ki, insident naməlum şəxs tərəfindən törədilib.

Bildirilir ki, tələbələrin bir hissəsi universitetin auditoriyalarında gizlənir. Bəziləri isə sağ qalmaq üçün özlərini pəncərələrdən həyətə atıblar. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

Xəbər lenti