Logo

Alimlər koronavirusun daha qədim mənşəyini tapıblar

20.09.2021 08:36 569 baxış
IMG

Parisin Paster Universiteti və Laos Milli Universitetinin tədqiqatçıları SARS-CoV-2 koronavirusunun təbii mənşəyinə dair yeni sübutlar açıqlayıblar.

Tehsil.biz-in məlumatına görə, bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Alimlər bir neçə ay ərzində Cənub-Şərqi Asiyada 46 növ yarasa üzərində müşahidələr aparıblar. Nəticədə Laosun mağaralarında yaşayan heyvanlarda koronavirusun Uhan tipinə bənzər üç virus aşkar edilib.

Mütəxəssislərə görə, BANAL-52, BANAL-103 və BANAL-236 virusları bu gün elmə məlum olan SARS-CoV-2-nin mənşəyi sayılır.

Lakin SARS-CoV-2-dən fərqli olaraq müəyyən edilmiş patogenlərin heç birində bədənə asanlıqla daxil olan infeksiyalar qeydə alınmayıb.

Xəbər lenti