Logo

Təhsil Nazirliyinin yeni portalı təqdim olunub

17.09.2021 10:34 428 baxış
IMG

Təhsil Nazirliyinin yeni layihəsi olan "Portal.edu.az"ın təqdimatı olub.

Tehsil.biz xəbər verir ki, bu barədə İnformasiya və vətəndaşlara xidmət şöbəsi Vətəndaşların müraciətlərinə baxılması sektorunun müdiri Səbuhi Rzayev məlumat verib.

O bildirib ki, məqsəd bütün təhsil xidmətlərini vahid bir portalda cəmləşdirməkdir:

"Hazırda portal təkmilləşmə mərhələsindədir. Burada əlavə bir yenilik isə vətəndaş müraciətləri ilə bağlıdır. Təhsilin müxtəlif sahələri üzrə vətəndaşlar nazirliyə müraciətlərini bu portal üzərindən konkret olaraq bildirə bilər".

Xəbər lenti