Logo

ADBTİA tələbələri “Qarabağ” - “Bazel” matçında reportaj hazırlayıblar

16.09.2021 23:05 419 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramının tələbələri Bakı Olimpiya Stadionunda keçirilən UEFA Avropa Konfrans Liqasının H qrupunun 1-ci turunda "Qarabağ" və "Bazel" komandaları arasında oyununda media nümayəndələri qismində akkreditasiya olunublar.

Bu barədə Tehsil.biz-ə akademiyadan məlumat verilib.

Bildirilib ki, magistrantlar oyunu stadionun media tribunasından izləyərək qeydlər aparıb, oyunun foto və video materiallarını çəkib, həmçinin peşəkar şərhçiləri müşahidə ediblər.

Xəbər lenti