Logo

Yardımlı, Ağcabədi və Mingəçevirdə məktəb açılışları

16.09.2021 18:57 460 baxış
IMG

Sentyabrın 16-da Yardımlı rayonu V.M.Nəciyev adına şəhər 4 nömrəli tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib. 

 

Açılış mərasimində  Təhsil İnstitutunun  direktoru  Rüfət Əzizov, Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov, Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə  iştirak edib. 

 

Bildirilib ki,  yeni inşa edilmiş məktəb 180 yerlikdir.  10 sinif otağından ibarət təhsil müəssisəsində 2 laboratoriya, 4 fənn kabineti, 72 yerlik akt zalı, idman zalı,  idman meydançası,  kitabxana, tibb otağı,  bufet fəaliyyət göstərəcək. Məktəb müasir istilik və  işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir  qazanxana sistemi quraşdırılıb. Cari tədris ilində məktəbdə 160 şagirdin təhsil alacağı planlaşdırılıb. Məktəbdə 20 pedaqoji, 13  texniki işçi çalışır.

 

Yardımlı rayonunda 46 tam orta, 18 ümumi orta, 16 ibtidai məktəb olmaqla 80 təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 

 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə  yaradılmış  şəraitlə yaxından  tanış olublar.

 
***


Sentyabrın 16-da Ağcabədi rayon T.Əliyeva adına Xocavənd kənd 2 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.


Açılış mərasimində Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Təhsil İnstitunun əməkdaşı Nəzakət Mehdiyeva,   Ağcabədi rayon Təhsil şöbəsinin müdiri İsmayıl Həsənov iştirak edib.


Bildirilib ki, yeni tikilmiş məktəb 180 şagird yerlikdir.  11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  2 laboratoriya, 2 texnologiya,  1 informatika və gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar.

 

***

 

Sentyabrın 16-da  Mingəçevir şəhərində V.Ağakişiyev adına 12 nömrəli tam orta məktəb üçün əsaslı təmir olunmuş tədris binasının açılış mərasimi keçirilib. 


Açılış mərasimində Mingəçevir şəhər İcra hakimiyyətinin başçısı İlham İsmayılov, Təhsil Nazirliyinin Llisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Mingəçevir şəhər Təhsil şöbəsinin müdir vəzifəsini icra edən Zamik Cəbiyev və məktəb direktoru iştirak edib.  


Bildirilib ki,yeni təmir olunmuş məktəb 450 şagird yerlikdir.23 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya ,4 fənn kabineti , məktəbəhazırlıq otağı ,78 yerlik akt zalı , idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib , həyətində müasir qazanxana sistemi quraşdırılmışdır.  


2021- 2022 -ci tədris ilində təhsil müəssisəsində 426 şagird, məktəbəhazırlıq qrupunda isə 34 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 46 nəfər pedaqoji ,18 nəfər texniki işçi çalışır. Mİngəçevir şəhərində 19 tam orta məktəb , 2 lisey , 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.  


Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.  

Xəbər lenti