Logo

"Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi üzrə 45 yeni sinif təşkil edilib

16.09.2021 16:16 487 baxış
IMG

"2021-2022-ci tədris ilində "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi üzrə 45 yeni sinif təşkil edilmişdir".

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.

O bildirib ki, siniflərin sayı paytaxt və bölgələr daxil olmaqla 80 məktəbdə 124-ə qədər artırılıb:

"Yeni siniflərin təşkili ilə layihə minimum 2200 şagirdi əhatə edəcək. Həmçinin yeni tədris ilindən bütün peşə təmayüllü siniflərdə “Sürücülük” və “STEAM” modulunun tətbiqi, 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq ediləcəkdir".

Xəbər lenti