Logo

Təhlükəsiz məktəb, arxayın valideyn

16.09.2021 15:31 636 baxış
IMG

226 ümumi təhsil müəssisəsində həyata keçirilən "Məktəblinin Dostu" layihəsi Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 müəssisədə fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.

Tehsil.biz xəbər verir ki, bu barədə Bakıvaxtı.az-a “Məktəblinin dostu” layihəsinin PR meneceri Nərgiz Kərimova bildirib.

O, qeyd edib ki, layihə yaranan gündən Psixoloji Mərkəz fəaliyyət göstərir:

“Məqsəd müxtəlif yaş qrupunda olan şagirdlərə, onların valideynlərinə, həmçinin müəllimlərə ehtiyac olduğu təqdirdə psixoloji dəstəyin verilməsidir.Bu dəstək həm məktəbdə, həm də Psixoloji Mərkəzdə həyata keçirilir.

Pandemiya şəraitində ənənəvi təhsilin davam etdiyi dövrdə məktəblinin dostları tərəfindən ümumi təhsil müəssisələrində sosial məsafənin gözlənilməsi, hərarətin ölçülməsi, qaydaların düzgün tətbiq olunmasına nəzarət edilib. 226 məktəbdə “COVID-19” pandemiyası ilə bağlı mütəmadi maarifləndirmə işləri aparılıb”.

Nərgiz Kərimova qeyd edib ki, şagirdlərin inkişafına yardım məqsədilə davamlı olaraq təlim sessiyaları, 2 növbəli "Yay məktəbi", asudə vaxtın səmərəli təşkili üçün ekskursiyalar,  məktəblərarası turnir və müsabiqələr, məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində çoxsaylı fəaliyyət icra olunur:

“Qeyd edək ki, 2016-cı ilin dekabr ayından fəaliyyətə başlayan layihənin əsas məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

“Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər”.

Xəbər lenti