Logo

Sinqapur modelli dərslik hazırlanır

16.09.2021 12:22 1203 baxış
IMG

“Bu ildən etibarən ilk dəfə olaraq Azərbaycanda 5-ci siniflər üçün pilot olaraq “Təbiət” dərsliyi hazırlanıb”.

Bu barədə Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Media və təhsil fialoqu” mövzusunda keçirilən təlimdə bildirib.

O qeyd edib ki, dərslik 132 məktəbdə pilot layihə kimi keçiləcək:

“Yeni dərslikdə fizikia, kimya, coğrafiya fənləri inteqrasiya olunmuş formada tədris olunacaq. Dərslik tamamilə yeni müəlliflər tərəfindən hazırlanıb. Sinqapurun nəşriyyat evi ilə birlikdə yazılır. Yaxın gələcəkdə 5 və 6-cı siniflərdə şagirdlərin müasir dövrə uyğun bilik və bacarıqlar qazanmasına yardım edəcək”.

Gülnar Əliyeva

Xəbər lenti