Logo

Texnologiya universitetində 2021/2022-ci tədris ilində ilk elmi şura keçirilib

16.09.2021 12:11 407 baxış
IMG

10 sentyabr 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) 2021/2022-ci tədris ili üzrə 1 saylı Elmi Şura keçirilib. İclasda gündəlikdə duran məsələlərin müzakirəsi aparılıb.

Universitetin rektoru, professor Akif Süleymanovun sədrliyilə keçən iclasda Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri Hamlet Kəsəmənli tələbə qəbulu barədə, Tədris şöbəsinin müdiri Piri Axundov isə yay imtahan sessiyasının nəticələri və məzunların buraxılışı haqqında çıxış ediblər.

Elektron xidmətlər və informasiya şöbəsinin müdiri Nicat Ağayev universitetin 2021/2026-cı illər üzrə inkişaf strategiyasını şura üzvlərinin diqqətinə çatdırıb.  Sənədin bəndləri Elmi Şura üzvləri tərəfindən ərtaflı müzakirə edilib.

Daha sonra elmi katib Mətanət Əhmədova doktorantların ilkin müdafiə protokollarının təsdiqi ilə bağlı çıxış edib. Sonda yeni tədris ilinin pandemiya şərtlərinə uyğun təşkilinə dair bir sıra tapşırıqlar verilib.

Xəbər lenti