Logo

BDU ilə Özbəkistanın Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

16.09.2021 12:04 432 baxış
IMG

Son illərdə dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə sıx əlaqələr quran, nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramlarını həyata keçirən Bakı Dövlət Universiteti (BDU) beynəlxalq əlaqələrini genişləndirir. Hazırda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Universitetinin inkişaf startegiyasında prioritet istiqamətlərdən hesab olunur. BDU ilə Səmərqənd Dövlət Universiteti arasında imzlanan əməkdaşlıq müqaviləsi də bu istiqamətdə atılan növbəti addım kimi universitetlər arasında akademik, elmi və mədəni mübadilə imkanlarının inkişafını, elmi-tədqiqat işlərində əməkdaşlığı nəzərdə tutur.

Əməkdaşlıq müqaviləsini BDU-nun rektoru Elçin Babayev və Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov imzalayıb. Müqavilənin məqsədi birgə konfransların, seminarların, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap edilməsi, ortaq tədqiqat layihələrin işlənməsi, ortaq mədəni proqramların təşkili, akademik və inzibati kadrların, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı təmin etməkdir.

Məlumat üçün bildiririk ki, 2020-ci ildə 600 illiyini qeyd edən Səmərqənd Dövlət Universitetində 15 fakütə, 19 mərkəz və şöbə fəaliyyət göstərir.  34 bakalavr və 40 magistr proqramı üzrə kadr hazırlığı həyata keçirilir. 13000 tələbənin təhsil aldığı universitetdə 850 nəfərlik akademik heyət çalışır.

Xəbər lenti