Logo

Pekində Asiyanın ən böyük kitab sərgisi açılıb

16.09.2021 09:00 349 baxış
IMG

Çin paytaxtında 28-ci beynəlxalq kitab sərgisi və 19-cu beynəlxalq kitab festivalı işə başlayıb.

105 ölkədən təxminən 2200 iştirakçının qatıldığı sərgi və festival xalqlar arasında mədəni mübadilənin təşviqi məqsədi daşıyır. Bəzi iştirakçılar pandemiya səbəbindən Asiyanın ən böyük kitab sərgisində onlayn formada iştirak edirlər. Ümumilikdə, 300 mindən çox nəşrin nümayiş olunduğu tədbirdə ən son texnologiyalar, o cümlədən 5G və virtual reallıq texnologiyası geniş tətbiq olunur.

Sentyabrın 18-dək davam edəcək sərgi və festival çərçivəsində xeyli mədəni tədbir təşkil olunacaq.

Qeyd edək ki, 1986-cı ildən keçirilən Pekin beynəlxalq kitab sərgisinin təşkilatçıları Çinin Dövlət Yayım və Nəşriyyat Administrasiyası, Elm və Texnologiyalar Nazirliyi, Pekin bələdiyyəsi, Çin Naşirlər və Yazıçılar assosiasiyalarıdır.

AZƏRTAC

Xəbər lenti