Logo

Xaçmaz, Yevlax, Şəki və İsmayıllıda təhsil işçilərinin sentyabr konfransları

15.09.2021 18:05
IMG

Sentyabrın 15-də Xaçmaz, Yevlax, Şəki və İsmayıllıda təhsil işçilərinin sentyabr konfransları keçirilib. 

Xaçmaz rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarının təhsil işçilərinin sentyabr konfransında təhsil nazirinin müşaviri Elnur Əliyev, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. 

Təhsil nazirinin müşaviri Elnur Əliyev qeyd edilən bölgələr üzrə 2020-2021-ci tədris ilinin pedaqoji fəaliyyətini əks etdirən hesabatla çıxış edib, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə uğurlar arzulayıb. Konfransda ümumtəhsil məktəblərində təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, keyfiyyətin artırılmasının üsul və formaları, məktəblərdə tərbiyə işinin təşkili, fəaliyyətin səmərəliliyinin artırılması, təmayülləşmə və digər məsələlər barədə müzakirələr aparılıb, təhsil işçilərinin sualları cavablandırılıb.

Konfrans iştirakçıları ümumi təhsilin prioritet istiqamətləri, sertifikasiya, ümumi təhsilin təşkili və idarə olunması istiqamətlərində məlumatlandırılıb.

Konfrans müzakirələrlə davam etdirilib.

 ***

Sentyabrın 15-də İsmayıllı şəhər Mədəniyyət Sarayında keçirilən İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin Sevil Əhmədova, İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev, Təhsil İnstitutu (ARTİ), Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 Konfransı giriş nitqi ilə açan İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rövşən Əliyev konfransın işinə uğurlar arzulayıb.

 Daha sonra Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib. Hər bir rayon və şəhər üzrə əldə edilən nailiyyətlər tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Konfrans çərçivəsində təhsildə innovasiyalar, müəllim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi, məktəbdaxili qiymətləndirmənin təşkili və digər məsələlər barədə məlumat verilib.

 Konfrans müzakirələrlə davam etdirilib, təhsil içilərini maraqlandıran suallar cavablandırılıb. 

 ***

Sentyabr 15-də Yevlax şəhəri Mərkəzi Mədəniyyət Evində Yevlax, Mingəçevir, Ağdaş və Bərdə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Yevlax şəhər İcra Hakimiyyətinin Başçısının müavini Elnarə Əzizova, Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayevin adıçəkilən bölgələrin ötən tədris ili üzrə fəaliyyəti barədə, Təhsil İnstitutunun əməkdaşı Könül Nəhmətovanın  əlavə təhsil və ixtisasartırma kurslarının təşkili barədə çıxışları dinlənilib.

Konfrans müzakirələrlə davam etdirilib.

 ***

Sentyabrın 15-də Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Şəki şəhəri Heydər Əliyev Mərkəzində keçirilən konfransda Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov, Təhsil İnstitutunun əməkdaşı Mənsur Məhərrəmov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov adıçəkilən rayonların ötən tədris ili üzrə fəaliyyətini əks etdirən hesabatla çıxış edib. Elçin Kərimov ümumi təhsilin prioritet istiqamətlərini diqqətə çatdırıb, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub, təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.

Təhsil İnstitutunun əməkdaşı Mənsur Məhərrəmov təhsil proqramlarının və tədris resurslarının təkmilləşdirilməsi istiqamətində riyaziyyat fənninə və təbiət fənlərinin tədrisinə diqqətin artırılması və digər məsələlər barədə çıxış edib. Mövzu ətrafında təhsil işçilərinin suallarını cavablandırıb.

Konfransın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.

Xəbər lenti