Logo

Naxçıvandakı birincilərin sayı açıqlandı

15.09.2021 14:03 361 baxış
IMG

2021-2022-ci il tədris ilində muxtar respublikada birinci sinfə başlayan şagirdlərin sayı 5250 nəfərdir. Məktəbəqədər hazırlıq qruplarına isə 3680 uşaq qəbul olunub.

Tehsil.biz xəbər verir ki, ümumilikdə muxtar respublikanın ümumtəhsil müəssisələrində 53 524 şagird təhsil alır.

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini 2882 məzun bitirib, onlardan 2470-i ali məktəblərə qəbul imtahanlarında iştirak edib. İmtahanda iştirak edən məzunlardan 1612-si ali təhsil müəssisələrinə qəbul olub. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplayıb.

Xəbər lenti