Logo

Tarixi həqiqətlərin yeniyetmə və gənclərimizə çatdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir

15.09.2021 11:43 386 baxış
IMG

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir.

2018-ci il sentyabrın 15-də Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etməsi və dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi bu hadisəyə nə qədər böyük önəm verilməsinin bariz nümunəsidir.

Tehsil.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib. O bildirib ki, mənfur düşmən üzərində 44 günlük Vətən müharibəsində şanlı Qələbəmizdə qardaş Türkiyənin yanımızda olması ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” müdrik kəlamını bir daha təsdiqlədi.

“Tarixi həqiqətlərin yeniyetmə və gənclərimizə çatdırılması bu gün xüsusi əhəmiyyət kəsb edir.

Yeni tədris ilindən bütün məktəblərin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılması bu vəzifənin yerinə yetirilməsində növbəti mərhələ olacaq”, - deyə N.İsrafilov qeyd edib.

Xəbər lenti