Logo

Ali məktəblərə qəbul imtahanlarının meyarı BİLİK, yoxsa QABİLİYYƏT olmalıdır?

14.09.2021 23:41 78 baxış
IMG

DİM ölkəmizdə ali məktəbə qəbul məsələsində şəffaflıq yaratmışdır.

Bu gündə universitetlərə qəbulun şəffaf formada keçirilməsi bütün təhsil işçilərini qürurlandırır. DİM uzun illərdir biliklərin yoxlanmasında test üsulundan istifadə edir. Bu, şagirdin biliyinin yaddaş əsasında yoxlanmasıdır. Son bir neçə ildə DİM açıq testləri də yoxlama testlərinə daxil etməklə şagirdlərin bilikləri ilə yanaşı, bacarıqlarını da yoxlamağa çalışır. Biz bunu təqdir edirik və yaxın gələcəkdə açıq testlərin sayının maksimim həddə qədər artırılmasını məqsədəuyğun sayırıq.

Hazırda incəsənət və idman ixtisasları üzrə ali məktəblər tərəfindən qabiliyyət imtahanları keçirilir (bu imtahanların da təkmilləşdirilməsinə ehtiyac vardır). Digər ixtisaslar üzrə isə DİM tərəfindən qabiliyyət testləri keçirilə və məktəb məzununun seçdiyi ixtisasa yararlıq dərəcəsi yoxlanıla bilər. Bu, həm də ona görə zəruridir ki, hələ də bəzi hallarda valideynlər və tələbələr tərəfindən ali məktəblərə qəbul motivasiyası, ixtisas seçimi düzgün qiymətləndirilmir. Əksər hallarda məktəb məzunları topladıqları bala uyğun “təki ali məktəbə qəbul olum” ideyasına üstünlük verirlər. Nəticədə qabiliyyətinin və həmin ixtisas üçün yararlılıq dərəcəsinin uyğun olmaması səbəbindən tələbə aşağı qiymətlərlə kursdan-kursa keçir, ali məktəbi bitirir, amma ölkə üçün tələb olunan mütəxəssisə çevrilə bilmir, yiyələndiyi ixtisas üzrə heç bir uğur qazana bilmir, ya ixtisasını dəyişir, ya da hər hansı başqa bir işlə məşğul olur.   

Xəbər lenti