Logo

AzTU müxtəlif universitetlərin tələbə təşkilatları ilə əməkdaşlığı genişləndirir

14.09.2021 19:56 369 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə rektoru Əli Abdullazadə, Tələbə Gənclər Təşkilatı (TGT), Tələbə Həmkarlar İttifaq Komitəsinin (THİK) sədrlərinin iştirakı ilə Bakı Dövlət Universieti (BDU) və ADA Universitetinin tələbə təşkilatları arasında əməkdaşlıq genişlənir.

Tehsil.biz xəbər verir ki, bu məqsədlə AzTU ilə BDU və ADA Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb. Daha sonra qonaqlar AzTU-nun binası ilə tanış olub.

Görüş bitdikdən sonra AzTU-nun tələbə təşkilatlarının sədrləri imzalanan memorandumun icrası ilə bağlı toplantı keçirib. Təşkilat sədrləri görüləcək işlərlə bağlı təkliflərini səsləndirib.

Xəbər lenti