Logo

190 min şagirdi əhatə edəcək layihə - VİDEO

14.09.2021 19:45 446 baxış
IMG

2017-2018-ci tədris ilindən etibarən təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etmək məqsədilə ümumtəhsil məktəblərində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqinə başlanılıb.

Layihə artıq dörd ildir ki, Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq təhsil şirkətinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılır. İlkin olaraq, layihə Bakı şəhərində 45 məktəbdə 5-ci sinif üzrə 65 min şagirdi əhatə edib. 2018-2019-cu tədris ilində ölkə üzrə daha 73 məktəbdən 26 min şagird layihəyə cəlb olunub.

2019-2020-ci tədris ilində isə layihə artıq ümumi 123 məktəb üzrə 70 min IV, V, VI və VII sinif şagirdlərini əhatə edib.

Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şəki, Biləsuvar, Şamaxı, Şirvan, Lənkəran, Yevlax, Xaçmaz, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonlarında tətbiq edilir.

Bəs, görəsən “Rəqəmsal bacarıqlar” layihəsinin əsas məqsədi nədir? Layihə 2021-2022 il ərzində neçə məktəbi və nə qədər şagirdi əhatə edəcək?

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində uşaqların məktəb yaşlarından alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirməyə, eləcə də onlara proqramlaşdırma əsaslarını aşılamağa çalışırıq.“İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi ilə proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına nail oluruq. 2021-2022-ci tədris ilindən etibarən isə layihə 16 şəhər və rayon üzrə 250 məktəbdə təhsil alan 2-9-cu sinif 190 mindən çox şagirdi əhatə edəcəkdir”, - "Rəqəmsal bacarıqlar" layihəsinin rəhbəri Nilufər Rəhimova deyib.

Layihənin əsas məqsədi olan “İnformatika” fənninin tədrisinin təkmilləşdirilməsi və fənnin tədrisində yeni yanaşmanın tətbiqi şagirdlərdə analitik düşüncə tərzi, məntiqi təfəkkür, XXI əsr bilik və bacarıqları, kodlaşdırma, təşəbbüs göstərmə, müstəqil və komandada çalışma kimi vərdiş və səriştələrin inkişafına nail oluruq. Gələcək nəslin hərtərəfli inkişafı və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi bu günün təhsilindən asılıdır.

Hazırkı pandemiya dövrünü nəzərə alsaq bunun “Rəqəmsal bacarıqlar”a necə təsir etməsi də maraq doğurmaya bilməz.

Layihədə hazırda 1600-ə yaxın müəllim var. Onların 1570-ü ilkin təlimlərdən keçib.

Qeyd edək ki, bu tədris ilində də təlimlər onlayn eyni zamanda video formatda davam etdiriləcək.

https://youtu.be/0pNqMf-CeVU

Xəbər lenti