Logo

Ağdaş və Balakəndə məktəb açılışı - FOTOLAR

14.09.2021 19:35 610 baxış
IMG

Sentyabrın 14-də Ağdaş rayonu Orta Ləki kənd tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, Ağdaş rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Novruzova, Ağdaş rayon Təhsil şöbəsinin müdiri Hürü Əliyeva iştirak edib.

Bildirilib ki, yeni tikilmiş məktəb 480 şagird yerlikdir.  23 sinif otağından ibarət ümumi təhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya,  informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 195 yerlik akt zalı, idman zalı, kitabxana və yeməkxana fəaliyyət göstərəcək.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. 

***

Sentyabrın 14-də Balakən rayonu Gərəkli kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Təhsil Nazirliyinin əməkdaşları, Balakən Rayon Təhsil Şöbəsinin müdiri Elçin Musayev iştirak edib.

Bildirilib ki, yeni tikilmiş məktəb 264 şagird yerlikdir. 11 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 5 fənn kabineti, məktəbəhazırlıq otağı, 72 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək.Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.

2021-2022-ci tədris ilində təhsil müəssisəsində 235 şagird, məktəbəhazırlıq qrupunda isə 22 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 34 nəfər pedaqoji, 15 nəfər texniki işçi çalışır. Balakən rayonunda 35 tam orta, 9 ümumi orta, 4 ibtidai olmaqla, ümumilikdə 48 ümumi təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Xəbər lenti